Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
Ucnoqta.az xəbər verir ki, “general-mayor” hərbi rütbəsi ilə təltif olunanlardan biri polkovnik Zaur İlham oğlu Zeynalovdur. Əslən Salyan rayonundan olan 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Bundan başqa, Z.Zeynalov “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və başqa medallarla təltif olunub.