Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1.47 faiz artaraq117, 41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,96 dollar bahalaşaraq 111,52 dollar olub.
Ucnoqta.az xəbər verir ki, “Azeri Light” markalı neftin qiyməti isə 122 dolları keçib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.
Neftin qiymət artımı fonunda Səudiyyə Ərəbistanından neft ixracı aprel ayında son iki ilin ən yüksək səviyyəsinə çatıb. Aprel ayında Səudiyyə Ərəbistanından neft ixracı gündəlik 7,382 milyon barellə iki ilin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda, may ayında Çin Baş Gömrük İdarəsinin məlumatına görə, Səudiyyə Ərəbistanı Çinə tədarükünü illik müqayisədə 9% artıraraq gündəlik 1,84 milyon barelə çatdırıb.
Reuters xəbər verir ki, Rusiyadan da Çinə xam neft ixracı da artıb. 2021-ci illə müqayisədə may ayında 55% artıb və bu, Rusiya Federasiyasına Səudiyyə Ərəbistanını Çinin əsas enerji təchizatçısı kimi sıxışdırmağa imkan verib.