Neft Fondundan dövlət büdcəsinə transfertlər 9 %-dən çox azaldılır

15:09 - 20 İyun 2022 - İQTİSADİYYAT

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 11 milyard 517,5 milyon manat transfert nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq edilmiş transfert göstəricisi ilə müqayisədə 1 milyard 192,5 milyon manat və ya 9,4 % azdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir.

Məlumata görə, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertin azalan hissəsinin digər mənbələr üzrə proqnozlaşdırılan əlavə neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur. Bu ilin dövlət büdcəsində neft gəlirlərinin təsdiq olunmuş göstəricidən 2 milyard 040 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır.

Qeyri-neft gəlirlərinin isə 1 milyard 534,3 milyon manat artıq olacağı və ümumilikdə dövlət büdcəsinə 3 milyard 574,3 milyon manat əlavə vəsaitin daxil olacağı gözlənilir.

Xəbər xətti