2022-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 85 dollar müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Milli Meclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında cari ilin büdcəsinə təklif edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
Qeyd edək ki, bundan öncə büdcədə neftin bir barelinin qiyməti 50 dollar müəyyən edilmişdi.