Bu avtomobildən cəmi 9 ədəd hazırlanacaq - 800 min avrodur ...

15:50 - 19 İyun 2022 - AVTO

Norveçin "Zyrus Engineering" emalatxanası "Strada LP1200" superkarını təqdim edib.

Ucnoqta.az oxu.az-a istinadən bildirir ki, qeyri-adi modeldən cəmi doqquz nüsxə hazırlanacaq.

Avtomobil "Lamborghini Huracan" əsasında yığılsa da, burada 600-dən çox hissə dəyişdirilib və gücləndirilib. Superkar iyulun əvvəlində müştəriyə təhvil veriləcək.

1287 kiloqram kütləsi olan və 1200 at gücünə malik kupenin hər nüsxəsi 799 min avroya başa gələcək.

Xəbər xətti