Dünya bazarlarında neft bazar ertəsi Çində bu enerji resursuna tələbatın azalacağı ilə bağlı narahatlıq fonunda 1%-dən çox ucuzlaşıb.
“Brent” markalı neftin 1 barelinin avqust fyuçerslərinin qiyməti 1,36% ucuzlaşaraq 120,35 dollar, WTI markalı neftin 1 barelinin iyul fyuçerslərinin qiyməti isə 1,41% azalaraq 119,97 dollar təşkil edib.