"Nömrə 1" psixolojik mərkəzi yeni məkanda - FOTO

14:21 - 1 İyun 2022 - Cəmiyyət

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə "Nömrə 1" psixolojik mərkəzi yeni məkanda fəaliyyətə başlayıb

Ucnoqta.az xəbər verir ki, "Nömrə 1" psixolojik mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Eldar Tağızadə küçəsində yerləşən yeni ofisinin açılışı olub. Açılışda iştirak edən "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı mərkəzə uğurlar arzulayıb. Fəaliyyət göstərdiyi qısa zamanda "Nömrə 1" psixolojik mərkəzinin peşəkar kollektivinin böyük uğurlara imza atdığını bildirib.

Tədbirdə iştirak edən valideynlər də mərkəzin fəaliyyətindən razı qaldıqlarını qeyd ediblər.
Sonda uşaqlar üçün şou təşkil olundu.


Xəbər xətti