Voloçkova Azərbaycandan olan taksi sürücüsü ilə münasibətinə aydınlıq gətirdi

Rusiyalı balerina Anastasiya Voloçkova Türkiyədə “Azərbaycandan olan taksi sürücüsü” ilə yox, dostu olan iş adamı ilə istirahət etdiyini bildirib.

Bu barədə o, özünün “Instagram” səhifəsində yazıb.

“Mən Türkiyədə romantik bir səyahət keçirdim. Məni dostlarım, o cümlədən türk əsilli iş adamı, varlı və zəngin bir dostum dəvət etdi”, - Voloçkova vurğulayıb.

O, əmin edib ki, yeni sevgilisinin 22 lüks avtomobildən ibarət şəxsi kolleksiyası var.

Balerina yeni dostunu “gənc, seksual, maraqlı və parlaq insan” adlandırıb. Onun sözlərinə görə, iş adamı Voloçkova üçün bütöv bir ada icarəyə götürüb.

“Mən həmişə kişilərin daimi diqqəti ilə əhatə olunmuşam. Və kiminlə münasibətlər qurmağı, necə, hansı müddətə və nə vaxt başa çatdırmağı seçmək hüququm var”, - deyə Voloçkova yekunlaşdırıb.///oxu.az

Tarix
27 May 2022 [22:20]
Müəllif
Üç nöqtə
2022-05-27 22:20:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin