Təhsil Nazirliyi qiymətləndirmə ilə bağlı məktəblərə müraciət edib

Təhsil Nazirliyi tərəfindən ölkədə yerləşən bütün dövlət ümumi təhsil müəssisələrinə məktəbdaxili qiymətləndirmələrin rəqəmsal formada təşkilinə dair müvafiq tövsiyələr verilib.

Nazirlikdən Ucnoqta.az-a verilən xəbərə görə, bununla əlaqədar olaraq, Təhsil Nazirliyinin 146-4 “Qaynar xətt” xidməti ümumtəhsil məktəblərindən daxil olan müraciətlərin cavablandırılması üçün fəaliyyət göstərəcək. Belə ki, proses zamanı hər hansı çətinliklə üzləşildiyi hallarda qeyd edilən “Qaynar xətt” xidmətə müraciət edilə bilər.

İnternet bağlantısının kəsilməsi, proqram təminatında və kompüter avadanlıqlarında yaranmış problemlər, eləcə də təhsilalanların istifadəçi adı və şifrəsinin bərpasında ortaya çıxa biləcək proqnozlaşdırılmamış hallarla bağlı xidmət tərəfindən operativ dəstək göstəriləcək.

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə təhsilalanların nailiyyətlərinin kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edilərək qiymətləndirilməsidir. Texniki təminat və internet olmadığı təqdirdə ümumi təhsil müəssisələrində summativ qiymətləndirmələr ənənəvi formada (kağız üzərində) təşkil olunmalıdır.

 

Tarix
27 May 2022 [10:56]
Müəllif
Üç nöqtə
2022-05-27 10:56:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin