PSJ-dən Mbappeyə fantastik təklif

Fransa PSJ-si Kilian Mbappeni komandada saxlamaq üçün futbolçuya fantastik məvacib təklif edib.

"Report" "Eurosport"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu hazırkı klubu ilə yeni müqavilə imzalasa, illik maaşı, vergi xərclərini çıxmaqla, 100 milyon avro olacaq.

Bundan başqa, PSJ rəhbərliyi Fransa millisinin forvardına bonus olaraq, 300 milyon avro vəd edib. Ulduz futbolçunun gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, Kilian Mbappe ilə İspaniya "Real Madrid"i də yaxından maraqlanır. Hətta daha əvvəl hücumçunun "kral klubu" ilə anlaşdığı bildirilib.

Tarix
20 May 2022 [19:07]
Müəllif
Üç nöqtə
2022-05-20 19:07:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin