Gəncədə motosiklet qəzaya uğrayıb

00:09 - 25 Aprel 2022 - HADİSƏ

Gəncədə yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Ruhulla Axundov küçəsində qeydə alınıb. Hərəkətdə olan motosiklet sürücüsü idarəetməni itirib. Nəticədə motosiklet yoldan çıxaraq aşıb. Qəza zaman sürücü, 2002-ci il təvəllüdlü İ.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti