Sabirabad sakini bıçaqlanıb
16:27 - 24 Aprel 2022 - HADİSƏ
Sabirabadda bıçaqlanma hadisəsi qeydə alınıb
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Nizami kəndində qeydə alınıb.Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Adəm Qurbanxan oğlu qarının ön divarının kəsilmiş-deşilmiş yarası iıə Şirvan xəstəxanasına daxil olub və əməliyyata götürülüb. Həmin şəxsi onun yaşadığı qadının 16 yaşlı oğlu - 2006-cı il təvəllüdlü Bürxanov Seyidəli Məmmədili oğlu tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.