Daşkəsən rayon sakini Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.
“Report”un məlumatına görə, Daşkəsən rayon Qabaqtəpə kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Rafiq Qüdrət oğlu Göygöl rayonunda yaşadığı evin tövləsində özünü asaraq intihar edib.
Onun uzun müddət qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, mərhumun 2 övladı var.
08:24
Göygöldə intihar baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Kənd sakini hələlik kimliyi məlum olmayan şəxs özünü yaşadığı evdə asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.