Azərbaycanda camış qadını öldürdü

12:15 - 23 Aprel 2022 - HADİSƏ

Salyan rayonunda camış sağıcı qadını öldürüb.

Hadisə rayonun Dayıkənd kəndindəki təsərrüfatda baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Göyçə Nəzərova camışı sağarkən iribuynuzlu heyvan təpiklə onu vurub. Ağır xəsarət alan qadın vəfat edib.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti