Bakıda intihara cəhdin qarşısı alınıb

22:44 - 22 Aprel 2022 - HADİSƏ

Bakıda intihara cəhdin qarşısı alınıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nərimanov rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Xəbər xətti