Sabirabadda avtomobil piyadanı vurub

22:07 - 22 Aprel 2022 - HADİSƏ

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb. APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolu keçən rayonun Minbaşı kənd sakini, 1974-cü il təvəllüdlü Sarıyev Səfa Xanhüseyn oğlunu vurub. Yaralı ağır vəziyyətdə Şirvan xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti