Nişanlısını öldürən polisin vəzifə və rütbəsi bilindi

15:04 - 22 Aprel 2022 - HADİSƏ

Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən polis əməkdaşı müstəntiq imiş.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisindəki evdə nişanlısı Günay Cabbarovanı qətlə yetirən Tural Aslanovun rütbəsi mayor olub. O, bir müddətdir Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyirmiş.

T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti