Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Vəliyeva Tərgül Məmməd qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sol tərəfli qabırğaların sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.///report