Rusiya Müdafiə Nazirliyinin müəssisəsində güclü yanğın - ölən və yaralananlar var

15:40 - 21 Aprel 2022 - HADİSƏ

Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzinin yanması nəticəsində 1 nəfər ölüb, təxminən, 30 nəfər yaralanıb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Tver vilayəti Baş İdarəsi yayıb.

Bildirilib ki, yaralıların səhhəti dəqiqləşdirilir. Məlumata görə, 1000 kv. metr ərazi yanıb.

Rusiya Müdafiə Nazirliyinin müəssisəsinin elmi əməkdaşları təxliyə edilib.

Hadisənin səbəbi araşdırılır.

Xəbər xətti