Xaçmazda yük maşını yaşlı qadını vurub öldürdü

11:57 - 21 Aprel 2022 - HADİSƏ

Xaçmazda avtomobil piyadanı vurub.

Hadisə aprelin 20-i günorta saatlarında Gəndob-Yalama yolunun 48-ci kilometrliyində Xaçmaz rayonu Xudat şəhəri ərazisində baş verib.

Axverdiyev Elvin Firuz oğlu idarə etdiyi “İsuzu” markalı yük avtomobili ilə yolu keçən piyada 68 yaşlı Əhmədova Dilşad Firudin qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Xəbər xətti