Mikroavtobus "KamAZ"a çırpıldı - xəsarət alan var

15:57 - 20 Aprel 2022 - HADİSƏ

Bakı-Qazax magistralında yol qəzası baş verib.

Hadisə magistralın Ələt qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Volkswagen" markalı xidməti mikroavtobus yüklü olan "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə bir nəfər ağır xəarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti