Oğul küçədə anasını qətlə yetirdi

14:01 - 20 Aprel 2022 - HADİSƏ

Bakıda qətl hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında qeydə alınıb. Oğul küçədə anasını bıçaqla qətlə yetirib.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. DİN-dən bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə həmin şəxs isti izlərlə tutularaq istintaqa cəlb olunub.

Xəbər xətti