Polis 64 nəfəri saxladı

08:56 - 20 Aprel 2022 - HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Xəbər xətti