Avtomobil 39 yaşlı kişini vurdu

07:53 - 20 Aprel 2022 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Babayev Seymur İbrahim oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti