Yevlaxda avtomobillə motosiklet toqquşub, ölən var

15:20 - 19 Aprel 2022 - HADİSƏ

Yevlax şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 18-də saat 15 radələrində Yevlax şəhəri ərazisində Hacımahmudlu kənd sakini A.Hümbətovun idarə etdiyi “Ford” markalı avtomobillə şəhər sakini Tural Qasımovun idarə etdiyi “Minsk” markalı motosiklet toqquşub. Nəticədə T.Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti