TƏBİB Göyçayda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, 19.04.2022-ci il saat 00:49 da 10 nəfər (10 kişi ) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:
“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.
10:00
Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb.
Rayonun Çərəkə kənd sakinləri ötən gün iftar süfrəsinə toplaşıblar.
Məclisdən sonra orada iştirak edən 10 nəfər xəstəxanaya müraciət edib.
Onların pomidordan zəhərləndikləri ehtimal edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məsələ ilə bağlı məlumat daxil olub. İlkin araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.