Gədəbəydə yeməkxana yandı

09:20 - 19 Aprel 2022 - HADİSƏ

Gədəbəy rayonunun Düz Rəsullu kəndində ümumi sahəsi 54 m² olan birmərtəbəli yeməkxana binasının yanar konstruksiyaları yanıb.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti