Ronaldunun övladı vəfat edib - FOTO

22:34 - 18 Aprel 2022 - HADİSƏ

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldunun övladı dünyasını dəyişib.

Ucnoqta.az xəbır verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkə hesablarında paylaşım edib.

O, yenicə doğulmuş əkiz övladlarından birinin vəfat etdiyini bildirib:

"Körpəmizin dünyasını dəyişdiyini dərin hüznlə bildiririk. Hər bir valideynin hiss edə biləcəyi ən böyük ağrıdır. Yalnız körpə qızımızın dünyaya gəlməsi bizə bu anı bir qədər ümid və xoşbəxtliklə yaşamaq üçün güc verir. Biz həkimlərə və tibb bacılarına göstərdikləri bütün qayğıya və k[m'y' görə təşəkkür edirik. Biz hamımız bu itkidən məyus olduq. Bizim körpə balamız, sən bizim mələyimizsən. Biz səni həmişə sevəcəyik."


Xəbər xətti