Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var - FOTO

19:51 - 18 Aprel 2022 - HADİSƏ

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 Yevlax-Bərdə yolunda motosiklet yük maşını ilə toqquşub.

Nəticədə motosiklet sürücüsü, Yevlax rayon sakini, 1985-ci il təvəllüdlü Tural Qasımov ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti