Dövlət Komitəsi Masallıda azyaşlıya təcavüz faktını araşdırır

17:02 - 18 Aprel 2022 - HADİSƏ

Masallı rayonunun Ərəb kəndində 60 yaşlı kişi qonşusunun 12 yaşlı qızına təcavüz edib.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu APA-ya açıqlamasında deyib ki, azyaşlının ailəsi tərəfindən bir həftə əvvəl onlara müraciət olunub.

“Müraciət əsasında Dövlət Komitəsi Baş Prokurorluğa müraciət ünvanlayıb. Məsələ nəzarətdə saxlanılır”, - qeyd olunub.

 

Xəbər xətti