Sumqayıtda qadın anasını bıçaqladı

09:28 - 18 Aprel 2022 - HADİSƏ

Sumqayıtda qadın anasını bıçaqlayıb.

Şəhər sakini 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub.

Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.///apa

 

Xəbər xətti