Gəncədə ər və arvad dəm qazından zəhərlənib

08:27 - 18 Aprel 2022 - HADİSƏ

Gəncədə zəhərlənmə qeydə alınıb.

Hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.
1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.///apa

Xəbər xətti