Ermənilər atəşkəsi pozdu - Rusiya MN

21:12 - 17 Aprel 2022 - HADİSƏ

Qarabağda qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində atəşkəsi pozub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Ermənistan tərəfindən atəşkəs rejiminin 1 dəfə pozulması faktı qeydə alınıb. Xəsarət alan yoxdur. Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə birgə vəziyyətin nizamlanmasını təmin edib", - deyə nazirliyin açıqlamasında deyilir.

Xəbər xətti