Montyor telefon dirəyindən yıxılaraq xəsarət alıb

23:30 - 16 Aprel 2022 - HADİSƏ

Qax Telekommunikasiya Qovşağının əməkdaşı telefon dirəyindən yıxılaraq ağır xəsarət alıb. APA-nın məlumatına görə, hadisə rayonun Ağyezli kənd inzibati ərazisində baş verib.Kənd sakini, 1994-cü il təvəllüdlü Telman Məhəmməd oğlu Mahmudov telefon dirəyinində kabelləri təmir edən zaman ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan T. Mahmudovun müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti