Qadın sürücü qəzaya düşüb, xəsarət alanlar var
22:25 - 16 Aprel 2022 - HADİSƏ
Qəbələ rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qəbələ-Qəmərvan avtomobil yolunda qeydə alınıb.
Ellada Abdurrəhmanovanın idarə etdiyi "Mitsubishi" markalı avtomobillə Seymur Fərziyevin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Nəticədə "Mitsubishi"nin sürücüsü E. Abdurrəhmanova, onun sərnişinləri Aytən Quliyeva və Sevil Şükürova ağır bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, xəsarət alan hər üç qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasında çalışırlar.