Xaçmazda qapı-pəncərə sexində yanğın olub.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 63 m² olan qapı-pəncərə sexinin içərisinə yığılan plastik tullantıları 5 m² sahədə və qismən 3 ədəd pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan sexin lambirindən ibarət tavanı əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb