İçərisində Azərbaycan vətəndaşları olan gəmi batıb

09:27 - 16 Aprel 2022 - HADİSƏ

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.
Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

Xəbər xətti