Şəmkirdə qadını maşın vurub

23:16 - 15 Aprel 2022 - HADİSƏ

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu keçmək istəyən 68 yaşlı Güliyə İbrahimovanı vurub. Piyada müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti