Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Anar Salmanova hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtn Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü A.Salmanov yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1978-ci il təvəllüdlü Zakir Hüseynovu bıçaqla xəsarətlər yetirərək öldürüb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.///report