Siyəzəndə bir nəfər su kanalına düşdü

17:42 - 15 Aprel 2022 - HADİSƏ

Siyəzəndə bir nəfər su kanala düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə nazirliyə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumatın veriləcəyi qeyd olunub.

 

Xəbər xətti