Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Ucnoqta.az-a verilən xəbərə görə, aprelin 14-də saat 22 radələrində Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində rayon sakini Ə.Süleymanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Elnur Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.