Ağstafada 22 yaşlı gənc özünü asıb

23:34 - 14 Aprel 2022 - HADİSƏ

Ağstafada 22 yaşlı gənc intihar edib.

“Report” xəbər verir ki hadisə Həsənsu kəndində qeydə alınıb. Kənd sakini, 2000-ci il təvəllüdlü N.İsmayılov yaşadığı evin həyətində özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələ məlum deyil.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Xəbər xətti