Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib

19:56 - 14 Aprel 2022 - HADİSƏ

Mingəçevirdə qətl hadisəsi baş verib.

Hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilir. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Məhərrəmov Yasin Məhərrəm oğlu saxlanılıb.

Qətlə yetirdiyi qadının onun keçmiş həyat yoldaşı olduğu deyilir.///apa

Xəbər xətti