Xaçmazda 12 yaşlı məktəbli ipdə boğulub

19:41 - 14 Aprel 2022 - HADİSƏ

Xaçmazda yeniyetmə yelləncəkin ipində bogulub.

Hadisə rayonun Niyazoba kəndində qeydə alınıb. Beləki, Niyazoba kənd sakini, 2010-ci il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan ipdə boğularaq ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti