Gözəllik salonunda qadının pulqabısını oğurladılar

12:43 - 14 Aprel 2022 - HADİSƏ

Bakıda qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1000 manatı və 200 dollar olan pulqabısı oğurlanıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti