Gəncədə 2 avtomobil toqquşub

21:08 - 13 Aprel 2022 - HADİSƏ

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, hadisə şəhərin Şərq çıxışında qeydə alınıb. İki minik avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü İ.Hüseynov və 1970-ci il təvəllüdlü Y.Əmirov xəsarət alıb. Hər ikisi şəhər ərazisindəki xəstəxanaların birinə aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti