Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Ximdətdən Ucnoqta.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş İbiş İbişli ilə qısamüddətli görüşə gəlmiş qohumu Sumqayıt şəhər sakini Şamil Qəhrəmanovun əşyalarına və üzərinə baxış keçirilən zaman cibində gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,058 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.