Masallıda 3 uşaq anası itkin düşüb - Foto

15:03 - 13 Aprel 2022 - HADİSƏ

Masallıda 21 yaşlı qadın itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya qadının ailə üzvləri məlumat verib.

Bildirilib ki, rayonun Təzə Alvadı kənd sakini 2001-ci il təvəllüdlü Şəbnəm Əkbərli aprelin 12-də səhər saatlarında yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Şəbnəm Əkbərlinin 3 uşaq anası olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin şəxsin yaşadığı evi tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsində müraciət olunub. Hazırda onun tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir.

Xəbər xətti