Bakının Nərimanov rayonunda inşaat materiallarının satışı bazarında yanğın olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Xəbərə görə, inşaat materiallarının satışı bazarının ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyalı gözətçi köşkü, bitişik ümumi sahəsi 6 m² olan digər köşkün dam örtüyünun taxta atmaları 2 m² sahədə, ümumi sahəsi 140 m² olan anbarın dam örtüyünun taxta atmaları 2 m² sahədə və yaxınlıqda ümumi sahəsi 265 m² olan digər anbarın dam örtüyünun taxta atmaları 0,5 m² sahədə yanıb. Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.