Bakıda özbək qadın döyüldü

13:11 - 13 Aprel 2022 - HADİSƏ

Bakıda Özbəkistan vətəndaşı döyülüb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Naxçıvanski küçəsi, 88 ünvanında baş verib. Orada kirayədə yaşayan Özbəkistan vətəndaşı, 32 yaşlı Gülyaz Kazakovanı 3 qadın döyüb. Onu döyən qadınların adlarının Leyla, Yeganə və Fatimə olduğu bildirilir.

Kazakovanın şikayəti əsasında həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Xəbər xətti